Nazir: “Peşə təhsili ilə bağlı layihələr həyata keçirilir”

Nazir: “Peşə təhsili ilə bağlı layihələr həyata keçirilir”
  02 Oktyabr 2013    Oxunub:900
“Mən düşünürəm ki, gələn il Azərbaycanda peşə təhsilinə maraq bu ilkindən daha çox olacaq. Mən bunu onunla əlaqələndirirəm ki, peşə təhsili sahəsinin canlandırılması üçün bir sıra layihələr həyata keçirilir”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov peşə təhsili ilə bağlı danışarkən deyib. O bildirib ki, bu istiqamətdə “Müasir Azərbaycan peşəkarı şüarı” adı altında layihələr keçirilir:

“ Azərbaycan iqtisadiyyatının artmasını nəzərə alaraq, müxtəlif sahələrdə yüksək səviyyəli peşəkarlara ehtiyac var. Bütün bu faktorlar peşə təhsilinin inkişafına öz təsirini göstərəcək və növbəti illərdə biz peşə təhsili məktəblərinə ildən-ilə marağın artmasının şahidi olacağıq. Bütün bunlara baxmayaraq, bu il də peşə təhsili müəssisələrinə qəbul tam normal şəkildə həyata keçirilir və bu sahədə problem yaşanmır”.

Uşaq evlərində böyüyən gənclərin təhsilinin davam etdirilməsinə məsələsindən danışan nazir qeyd edib ki, qanunvericiliyə əsasən valideyn himayəsi olmayan uşaqların təhsil xərcləri dövlət tərəfindən ödənilir: “Gələcəkdə bu kimi tədris ocaqlarının məzunlarının sosial inteqrasiyası üçün tədbirlər davam etdiriləcək”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti