Ərdoğan şəhidlərin sayını açıqladı

Ərdoğan şəhidlərin sayını açıqladı
  03 Mart 2018    Oxunub:2983
“Ən son əldə etdiyim məlumata görə, “Zeytun budağı” əməliyyatı çərçivəsində 2348 terrorçu məhv edilib”.

AzVision.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti vurğulayıb ki, Suriyada terror təşkilatlarına qarşı mübarizə şiddətli şəkildə davam edir:

“Bütün terrorçuları bu bölgədən təmizləyənə qədər mübarizəmiz davam edəcək. “Zeytun budağı” əməliyyatında Azad Suriya Ordusu da daxil olmaqla 120-ə yaxın şəhidimiz var. Əməliyyatda 2348 terrorçu məhv edilib”.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Ərdoğan   Zeytun-Budağı   Terrorçu  





Xəbər lenti