“Sarmat”dan “Xəncər”ə qədər – Putinin danışdığı fantastik silahlar (VİDEO)

“Sarmat”dan “Xəncər”ə qədər – Putinin danışdığı fantastik silahlar (VİDEO)
  03 Mart 2018    Oxunub:23932
Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində ölkənin ən son hərbi nailiyyətlərini təqdim edib. O, bunların sadəcə fantastika olduğunu vurğulayıb.
Ümumilikdə isə Putin çıxışının 45 dəqiqəsini dünyada analoqu olmayan silahlara həsr edib.

AzVision.az Rusiya prezidentinin çıxışında danışdığı silahları təqdim edir:

“Sarmat” Ballistik raketi

Putinin sözlərinə görə, Rusiyada “Sarmat” ağır qitələrarası ballistik raketlərin aktiv sınağına başlanılıb. O, bəyan edib ki, raketin uçuş məsafəsi ilə bağlı heç bir məhdudiyyəti yoxdur və istənilən Hava Hücumundan Müdafiə (HHM) sistemindən yayınmaq imkanına malikdir. Yeni raket kompleksləri SSRİ-də yaradılan “Voveda” komplekslərini əvəzləyəcək. “Sarmat” onu uçuş məsafəsinin uzaqlığı, hərbi blokların sayı və gücünə görə üstələyir.

Putin qeyd edib ki, raketlər həm cənub, həm də şimal qütbündə hədəfləri vurmaq qabiliyyətinə malikdir və heç bir Hava Hücumundan Müdafiə sistemi ona mane ola bilməz.



Nüvə mühərrikli yeni qanadlı raketlər

Fəaliyyət radiusu məhdudiyyəti olmayan və gözlənilməz uçuş trayektoriyasına malik nüvə mühərrikli yeni qanadlı raketlər uğurla sınaqdan keçirilib. Raket hədəfə uçarkən ballistik uçuş trayektoriyasından istifadə etmədiyi üçün Hava Hücumundan Müdafiə (HHM) sistemləri onların qarşısında gücsüzdür.

Bu qurğu dağları və raket əleyhinə, həmçinin hava hücumuna qarşı müdafiənin zonalarını dolanmaq imkanına malikdir. Videoda raket Rusiya ərazisindən qalxaraq Sakit okeanda raket əleyhinə müdafiə sistemləridən keçib, Cənubi Amerika qitəsini dolanıb və daha sonra ABŞ-ın Şərq sahillərinə çatıb.

Putin vurğulayıb ki, Rusiyadan başqa bu silah heç kimdə yoxdur: “Digərlərində olsa, onda bizim uşaqlar yeni nəsə yaradacaqlar”.

Prezident raketlərin uzaqlığının “praktiki olaraq məhdudiyyətsiz olduğunu” vurğulayıb və qeyd edib ki, nüvə mühərrikli yeni qanadlı raketlərin sınağı 2017-ci ilin yekunlarında uğurla sınaqdan keçirib.



Hipərsəsli “Xəncər”

Putin, çıxışında həmçinin “Xəncər” hipersəsli aviasiya-raket kompleksinin yaradıldığını elan edib və bu sistemin sınağının keçirilmə kadrları təqdim edilib. Onun sözlərinə görə, daşıyıcı təyyarələrin xüsusiyyətləri raketi dəqiqələr ərzində atış nöqtəsinə çatdırmağa imkan verir. Hipersəslə (səs sürətini on dəfə keçir) uçan raket traktoriyanın bütün sahələrində manevr həyata keçirə bilər.



Putin əlavə edib ki, raketə mövcud və perspektivdə olacaq istənilən Hava Hücumundan Müdafiə və Raket Əleyhinə Müdafiə Sistemlərini aşmağa qadirdir. Raket bundan əlavə iki kilometr məsafədə olan nüvə və adi başlıqları çatdırmağa imkan verir. 2017-ci ilin dekabrında aviasiya-raket kompleksi Cənub-Hərbi Dairəsinin hava limanlarında silahlanmaya qəbul olunub.

Sualtı dronlar

Rusiyada çox böyük dərinliklərdə və qitələrarası uzaqlıqlarda sualtı qayıqlardan, torpeda və gəmilərdən dəfələrlə sürətlə hərəkət etməyə imkan verən sualtı pilotsuz uçuş aparatları yaradılıb. “Bu sadəcə fantastikadır” – deyə Putin vurğulayıb.

O, qeyd edib ki, bu aparatlar “olduqca səssizdir, böyük manevr qabiliyyətinə malikdir və düşmən üçün əlçatmazdır”. Onlar həm adi, həm də nüvə silahları ilə təchiz oluna və geniş spektrdə hədəfləri vura bilər.



“Avanqard” raket kompleksləri

Putinin danışdığı digər hipersəsli silahdan biri də perspektivli strateji raket kompleksi olan “Avanqard”dır. Putinin sözlərinə görə, raket uğurla sınaqdan keçirilib və Rusiya sənayesi onun seriya buxarılışlarına başlayıb. Rusiya prezidenti əlavə edib ki, bu raketlər atmosferin sıx qatlarında hipersəsli sürətlə qitələrarası məsafəni qət edə bilər.

“Avanqard”ın qanadlı bloku trayektoriyadan 1000 kilometr ayrılaraq manevr həyata keçirmək qabiliyyətinə malikdir ki, bu da onu istənilən növ raket əleyhinə sistemlər üçün görünməz edir. Putin deyib ki, zərbə bloku hədəfə “meteorit, yanan şar” kimi uçur.


Hərbi lazer kompleksləri

Bundan əlavə Rusiyada yeni fiziki prinsiplər əsasında yeni perspektivli silahlar – hərbi lazer kompleksləri yaradılıb. 2017-ci ildən etibarən onlar Rusiya ordusunda silahlanmaya qəbul olunub. Prezident bu silahların detalları barədə məlumat verməsə də, qeyd edib ki, Rusiya bu məsələdə digər ölkələrlə müqayisədə xeyli irəliləyib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Putin   Rusiya  





Xəbər lenti