"Qarabağ" "Sumqayıt"a, "Kəpəz" "Səbail"ə qarşı

"Qarabağ" "Sumqayıt"a, "Kəpəz" "Səbail"ə qarşı
  03 Mart 2018    Oxunub:1468
Bu gün Topaz Premyer Liqasında 18-ci tura start veriləcək.
AzVision.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.

Günün maraqlı oyunlarından biri Sumqayıt şəhərində keçiriləcək. "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Günün digər matçı Gəncədə olacaq. Burada "Kəpəz" "Səbail"i qəbul edəcək.

03 mart (şənbə)

“Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”, 18:30

“Kəpəz” – “Səbail”
Gəncə şəhər stadionu, 15:00


Qeyd edək ki, turun digər iki görüşü sabah keçiriləcək.

AzVision.az


Teqlər: Futbol   Klub   Çempionat  





Xəbər lenti