Müsəlman məktəbi bağlandı
Təhsil standartlarına nəzarət idarəsinin əməkdaşları məktəbdə yoxlama aparıb. Məlum olub ki, Əl-Mədinə məktəbində İslam normalarına uyğun sərt davranış qaydaları qoyulub. Bundan başqa, məktəbli qızlar, həm də dinindən asılı olmayaraq məktəbin əməkdaşları hicab bağlamağa məcbur edilib. Bəzi müəllimlər bildiriblər ki, dərs zamanı qızlara yalnız arxa partalarda oturmaq tapşırılıb. İdarədən bildirilib ki, yoxlama bitənədək heç bir açıqlama verilməyəcək.
AzVision.az