Mətbuat Şurası seçkilərlə bağlı "qaynar xətt" yaradacaq

Mətbuat Şurası seçkilərlə bağlı "qaynar xətt" yaradacaq
  02 Oktyabr 2013    Oxunub:842
`Jurnalistlər qarşılaşdıqları problemlərlə bağlı həmin "qaynar xətt"ə zəng edə biləcəklər`.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Mərkəzi Seçki Komisiyasının (MSK) təşkilatçılığı ilə keçirilən tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Mətbuat Şurasının sədri bildirib ki, jurnalistlərin seçkilərdə iştirakı aktual bir mövzudur. Onun sözlərinə görə, seçkilər günü Mətbuat Şurası özünün "qaynar xətti"ni yaradacaq və ölkənin bütün regionlarından jurnalistlər qarşılaşdıqları problemlərlə bağlı həmin "qaynar xətt"ə zəng edə biləcəklər.


Teqlər:





Xəbər lenti