Morninqstar Əli Abbasovla görüşüb

Morninqstar Əli Abbasovla görüşüb
  02 Oktyabr 2013    Oxunub:878
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşüb.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşüb. Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ arasında İKT sahəsində qurulan münasibətlərdən söz açan nazir Əli Abbasov möhkəm təməl üzərində qurulan bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib.

“İKT ili” çərçivəsində həyata keçirilən işlər və ölkəmizdə peyk sənayesi quruculuğu istiqamətində aparılan tədbirlərdən də söhbət açan nazir 4-5 sentyabr tarixlərində BMT-nin 67-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorka səfəri zamanı əldə edilən uğurlu nəticələrə, o cümlədən BMT tərəfindən “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın (TASİM) tikintisini dəstəkləyən, Azərbaycanın təşəbbüsü ilə “Avrasiya Rabitə Alyansı”nın (Eurasian Connectivity Alliance - EuraCA) yaradılmasına dair qətnamənin qəbuluna da toxunub.

Görüşdə 2-5 dekabr tarixlərində keçiriləcək “Bakutel” sərgisinə amerikalı şirkətlərin qatılacağı, sərgi çərçivəsində ikinci “Azərbaycan-ABŞ İKT Forumu”, həmçinin “Kibertəhlükəsizlik üzrə konfrans”ın (Global Cyber Security Cooperation: Challenges and Visions) keçiriləcəyi də qeyd edilib.

“Kibertəhlükəsizlik üzrə konfrans”da ABŞ-ın rəsmi nümayəndələrinin iştirak edəcəyini deyən R.Morninqstar ölkəsinin bu sahədə qazandığı təcrübənin iştirakçılarla bölüşüləcəyini də bildirib.


Teqlər:





Xəbər lenti