Cüdoçularımız Avropa kubokunda 2 medal qazanıb

Cüdoçularımız Avropa kubokunda 2 medal qazanıb
  04 Mart 2018    Oxunub:1704
Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.
Beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları 2 medal qazanıblar.

Qızların yarışında Vüsalə Kərimova(44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokunun qızıl medalına sahib olub. 48 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva Antalya turnirinin bürünc medalına layiq görülüb.

Qeyd edək ki, Avropa kuboku yarışına martın 4-də yekun vurulacaq.

AzVision.az


Teqlər: Cüdo   Avropa-Kuboku  





Xəbər lenti