Afrində öldürülən terrorçuların sayı 2516-a çatıb

Afrində öldürülən terrorçuların sayı 2516-a çatıb
  04 Mart 2018    Oxunub:1698
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Baş Qərargahının yaydığı son məlumata əsasən, Afrində zərərsizləşdirilən terrorçuların sayı 2516-a çatıb.

Bildirilib ki, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 82 üzvü məhv edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az


Teqlər: Suriya   Afrin   Türkiyə  





Xəbər lenti