“Sumqayıtda erməniləri azərbaycanlılar öldürməyib” - Erməni əsilli politoloq
Bütün məsuliyyətimlə deyə bilərəm ki, əvvəlcə Sumqayıt, sonra da Bakıda ermənilərin vəhşicəsinə öldürülməsində və onlara işgəncələr verilməsində azərbaycanlılar günahkar deyil. Bunları törədənlər tamamilə başqa adamlar idi. Beynəlxalq qurumlar tərəfindən xüsusi olaraq kirayələnmiş kənar şəxslər idi. Həmim şəxslərin adlarına qədər bütün məlumatlar əlimizdədir. O zaman və indi kimə işlədiklərini çox yaxşı bilirik. Həmin şəxslər əvvəlcə erməniləri öldürərək azərbaycanlılar edibmiş kimi göstərirdilər, sonra azərbaycanlıları öldürərək ermənilər edibmiş kimi təqdim edirdilər. Daha sonra azərbaycanlılarla erməniləri bir-birinə qarşı münaqişəyə salaraq, idarə oluna bilən qarşıdurma yaradırdılar. Beləliklə, ortaq tarixə sahib iki xalqı bir-birinə vuraraq münaqişəni idarə edirdilər”.
Xatırladaq ki, fevralın 22-də Azərbaycan DİN və Baş Prokurorluğu Sumqayıt hadisələrinin 30 illiyi ilə bağlı birgə bəyanatlarında bildiriblər ki, 1988-ci ildə baş verənlər Azərbaycan xalqına qarşı erməni xüsusi xidmət orqanları və SSRİ DTK tərəfindən təşkil olunmuş təxribat idi. (Virtualaz.org)
AzVision.az