İtaliyada parlament seçkiləri keçirilir

İtaliyada parlament seçkiləri keçirilir
  04 Mart 2018    Oxunub:1512
İtaliyada parlament seçkiləri başlayıb.
Xarici KİV-lərin məlumatına görə, seçki məntəqələri yerli vaxtla səhər saat 7-də (GMT+4) açılıb. Ölkə ərazisində və xaricdə 61 mindən artıq seçki məntəqəsi açılıb.

Aşağı palataya deputat seçmək hüququna 18 yaşa çatmış 46,6 milyon italiyalı malikdir. Senator seçmək hüququna isə 25 yaşa çatmış 42,8 milyon vətəndaş malikdir.

Seçki məntəqələri yerli vaxtla saat 23:00-a (02:00 GMT+4) fəaliyyət göstərəcək.

AzVision.az


Teqlər: İtaliya   Seçki  





Xəbər lenti