Məşhur futbolçu oteldə ölü tapıldı

Məşhur futbolçu oteldə ölü tapıldı
  04 Mart 2018    Oxunub:1974
Futbol üzrə İtaliya millisinin və “Fiorentina” klubunun üzvü Davide Astori dünyasını dəyişib.
31 yaşlı futbolçu bu gün səhər saatlarında Udine şəhərində otel otağında ölmüş vəziyyətdə tapılıb. Müdafiəçinin yuxudan ayılmadığı və infarkt keçirdiyi bildirilib.

“Fiorentina” kapitanının qəfil vəfatı səbəbindən bu gün A Seriyasında keçirilməli olan bütün oyunlar təxirə salınıb.

AzVision.az


Teqlər: İtaliya   Fiorentina  





Xəbər lenti