Moskvada Sobçaka hücum edilib

Moskvada Sobçaka hücum edilib
  04 Mart 2018    Oxunub:2224
Rusiyada prezidentliyinə namizəd Kseniya Sobçaka hücum edilib.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvanın mərkəzində Sobçaka hücum edən şəxs deputat Aleksey Şapoşnikovun şəxsi köməkçisi Alan Zaqoyevdir.
Hadisə Mixail Qorbaçovun ad gününə həsr olunmuş tədbirdə baş verib. Məlumata görə, Zaqoyev Sobçakın üzünə su atıb və onu itələyib. Nəticədə Sobçak yerə yıxılıb. İnsidentin Jirinovskiyə görə baş verdiyi məlum olub.



AzVision.az


Teqlər: Sobçak   Rusiya  



Xəbər lenti