Putin Ceyhun Aslanovu ABŞ-a təhvil verməyəcək

Putin Ceyhun Aslanovu ABŞ-a təhvil verməyəcək
  05 Mart 2018    Oxunub:3935
ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilən Rusiya vətəndaşları Birləşmiş Ştatlara təhvil verilməyəcək.

AzVision.az xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.
“Rusiya öz vətəndaşlarını heç bir ölkəyə, o cümlədən ABŞ-a ekstradisiya etmir”, - deyə Putin suala cavabında bildirib.

Qeyd edək ki, ABŞ-da xüsusi prokuror Robert Müller 13 Rusiya vətəndaşını və 3 hüquqi şəxsi ABŞ-dakı seçkilərə müdaxilə cəhdində ittiham edib. Bu şəxslərin arasında Azərbaycan əsilli Ceyhun Aslanov da var.

AzVision.az


Teqlər: Rusiya   Putin   ABŞ  





Xəbər lenti