“Space-Speech Speed” işıq instalyasiyası Kapellhaus`da

 “Space-Speech Speed” işıq instalyasiyası Kapellhaus`da
  05 Mart 2018    Oxunub:3766
Alman rəssamı Mişa Kubal, işıqla geniş şəkildə işləyir və onu şəhər strukturunda fəaliyyət göstərən effektiv bir vasitə kimi təsvir edir. Rəssamın müdaxilələri əvvəlcədən gözə dəyməyən detalları vurğulayan, adi halı qeyri-adi hala çevirən və məkanın tanınmayan bir şəkildə dəyişməsini təmin edən ışıq və qaranlığın bərabər güclü istifadəsi ilə məkanı fəth edir.
Mişa Kubal`ın əsərlərində “az çoxdan yaxşıdır” və minimalizmin təsiri çox güclüdür. Muzey tərəfindən işlərin aparılmasından və ya xüsusi hazırlanmış instalyasiyadan sonra, məkan düşünmə və sakitləşmə üçün yerə çevrilir.
40 ildir ki, incəsənətlə məşğul olan Mişa Kubal bir çoxları üçün sənət vasitəsi ilə özlərini ifadə etmək imkanını yaratdı. Sənətçi musiqiçilərlə çoxsaylı əməkdaşlıq sayəsində öz instalyasiyası və səslər arasında bir simbioz yaradır. Onun bu günə qədər ən iddialı layihəsi olan “res.o.nant” hal-hazırda Berlin Yəhudi Muzeyində göstərilir. İstifadə olunan musiqi əsərləri və dəvət olunmuş əməkdaşları ilə yanaşı, indi layihə musiqiçilərin 60 saniyəlik parcalarını təqdim etmək üçün beynəlxalq açıq çağırış yolu ilə uzadılıb. Ciddi qorunan və təhlükəsizliyinə nəzarət edilən muzey binasında işıq və musiqi sərbəst yayılır; səs dalğaları Mişa Kubal tərəfindən işıqlandırılan 24 metrlik hündür beton boşluqlarda rezonans yaradır.

“res.o.nant” dan fərqli olaraq, “Space-Speech-Speed” işıq instalyasiyası səssizlik ilə müşayiət olunur. Hazırda Almaniyanın Unna şəhərində Beynəlxalq İşıq İncəsənət Mərkəzində daimi nümayişin bir hissəsi olan bu instalyasiya ilk dəfə 1999-cu ildə Kanadanın Toronto şəhərində elektrik stansiyasında nümayiş etdirildi. Mişa Kubal Kapellhausda “Space-Speech-Speed” işıq instalyasiyasını nümayis etdirmək qərarını Goethe-Institutu Beynəlxalq Mədəniyyət Təşkilatının yerli şöbəsi Goethe-Zentrum Bakı`nın dəvəti ilə dekabr ayında Azərbaycana gəldiyi zaman verdi. Bir ay boyunca Kapellhausun əsas salonu insana düşünmək və istirahət üçün çağırış edən heyranedici işıq instalyasiyasına çevriləcəkdir.

Sərgi, 10 Mart, Şənbə günü, Kapellhausda (28 May küçəsi, 35) başlayır və 8 Aprel tarixinə qədər davam edir. Vernisaj 18:00-da başlayır və 19:00-da sənətçinin müzakirəsi başlayır. (İngilis dilində, Azərbaycan dilinə tərcümə ilə). Sərgi çərşənbə - bazar, saat 14:00-dan 20:00 qədər davam edəcəkdir.

AzVision.az



Teqlər: Alman   sərgi  





Xəbər lenti