Misirdəki səfirliyimiz fəaliyyətini bərpa etdi
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib ki, hazırda səfirlik ştat cədvəlində nəzərdə tutulduğu kimi, tam tərkibdə fəaliyyət göstərir.
Onun sözlərinə görə, hazırda Misirdə əsasən sakitlikdir, amma ölkədə tam siyasi sabitliyin əldə olunduğunu demək olmaz.
Qeyd edək ki, Azərbaycanın Misirdəki səfirliyinin diplomatik heyəti ölkədəki gərgin vəziyyətlə əlaqədar avqustun sonunda təxliyə olunub. O vaxtdan səfirlikdə iki diplomat çalışıb.(apa)