Putin Makronla Suriyadakı vəziyyəti müzakirə edib

Putin Makronla Suriyadakı vəziyyəti müzakirə edib
  06 Mart 2018    Oxunub:2484
Rusiya prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov "RİA Novosti"-yə bildirib ki, prezidentlər söhbət zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Rusiya, Suriya və İranı Şərqi Qutada hərbi əməliyyatlara son qoymağa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməyə çağırıblar.

AzVision.az


Teqlər: Rusiya   Fransa   Putin   Makron   Suriya  





Xəbər lenti