Əsəd Şərqi Qutada qətliam törədir - 15 gündə 794 ölü

Əsəd Şərqi Qutada qətliam törədir - 15 gündə 794 ölü
  06 Mart 2018    Oxunub:1997
Bəşər Əsəd rejimi BMT Təhlükəsizlik Şurası və Rusiyanın elan etdiyi atəşkəs razılaşmasına əməl etmir.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Əsəd qüvvələrinin bu gün Şərqi Qutaya endirdiyi aviazərbələr nəticəsində 38 mülki vətəndaş həlak olub.
Şərqi Qutada son 15 gün ərzində öldürülən sakinlərin sayı 794-dən çoxdur. Ölənlərin arasında azyaşlılar və yaşlı insanların da olduğu bildirilir.

Qeyd edək ki, ərazidə 400 min insan yaşayır. Şərqi Quta Astana razılaşmasına əsasən, atəşkəs bölgəsi elan edilsə də, silahlı qarşıdurmalar davam edir, bölgədə humanitar böhran hökm sürür.

AzVision.az


Teqlər: Suriya   Bəşər-Əsəd   Şərqi-Quta  





Xəbər lenti