İkinci Sarkisyanla bağlı qalmaqal - Polisə müraciət edildi

İkinci Sarkisyanla bağlı  qalmaqal - Polisə müraciət edildi
  06 Mart 2018    Oxunub:3636
“Çıxış” fraksiyasının rəhbəri Nikol Paşinyan yazılı olaraq Ermənistanın polis rəisi Vladimir Qasparyana müraciət edərək yeni prezident Armen Sarkisyanın 2011-ci ildən Böyük Britaniya vətəndaşı olmaması barədə arayış tələb edib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Paşinyan martın 5-də Azadlıq meydanında siyasi aktivistlərlə görüşündə deyib. O, A.Sarkisyanın Ermənistan vətəndaşı olmasına şübhə ilə yanaşır.
“Çıxış” fraksiyasında yaranan fikir ayrılığına toxunan Paşinyan vurğulayıb ki, əgər bunlar aradan qaldırılmasa, onda hər kəs özü siyasi qərarını verəcək. Paşinyanla yanaşı digər müxalif deputatlar da yeni prezidentin Ermənistan vətəndaşı olmadığı qənaətindədir. Onlar hesab edirlər ki, A.Sarkisyan Britaniya vətəndaşıdır və saxta yolla Ermənistan prezidenti seçilib.

Qeyd edək ki, martın 2-də Ermənistan parlamentində keçirilən səsvermə nəticəsində Armen Sarkisyan ölkənin 4-cü prezidenti seçilib. Parlamentdə A.Sarkisyanın namizədliyinin lehinə 90, əleyhinə isə 10 nəfər səs verib. Bununla Ermənistanın Böyük Britaniyadakı səfiri A.Sarkisyana ölkənin yeni prezidenti postu həvalə edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Armen-Sarkisyan  





Xəbər lenti