Sabiq prezident və məmurlar məhkəmə qarşısında

Sabiq prezident və məmurlar məhkəmə qarşısında
  06 Mart 2018    Oxunub:1292
Argentinanın sabiq prezidenti Kristina Fernandes De Kirşner və onun Administrasiyasından olan yüksək çinli məmurlar 1994-cü ildə Buenos -Ayresdə Yəhudi Dini Mərkəzi (AMİA) törədilən partlayışla bağlı aparılan araşdırmaya görə məhkəmə qarşısına çıxarılacaq.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, federal hakim Klaudio Bonadio məlum hadisə ilə bağlı işi yenidən məhkəməyə qaytarır. Bu iş üzrə dinləmələr zamanı isə Kirşner, sabiq XİN rəhbəri Ektor Timerman və digər ittiham olunan şəxslər çıxış edəcək.

Hələlik məhkəmənin keçiriləcəyi tarix açıqlanmayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Argentina   Məhkəmə  





Xəbər lenti