Avropada ilin avtomobili seçildi – FOTOLAR

Avropada ilin avtomobili seçildi – FOTOLAR
  06 Mart 2018    Oxunub:4268
Cenevrə avtomobil sərgisindən bir müddət qalmış avropalı mütəxəssislər Avropada ilin avtomobilinin adını açıqlayıblar.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropada ilin avtomobili kateqoriyasında “Volvo XC40” modeli qalib gəlib.

İkinci pillədə “BMW 5-series”, üçüncü yerdə isə “KİA Stringer” modelləri qərarlaşıb.



Siyahıda, həmçinin “Citroen C3 Aircross” “Audi A8” və “Alfa Romeo Stelvio” yer alıb.

Məlumatda qeyd olunur ki, İsveçin “Volvo” şirkəti siyahının tərtib olunduğu 54 ildə ilk dəfə birinci yeri tutub.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Avropa   KİA  





Xəbər lenti