"Türkiyə Afrində 41 şəhid verib" - Ərdoğandan 46 günün hesabatı

"Türkiyə Afrində 41 şəhid verib" - Ərdoğandan 46 günün hesabatı
  06 Mart 2018    Oxunub:1204
“Təhlükəsizlik prioritetlərimizin ən başında Suriyadakı hadisələr durur”.
AzVision.az “Hüriyyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Afrində indiyədək 700 kv.km ərazi PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-dən təmizlənib və həmin ərazilər hazırda Türkiyə ordusunun nəzarəti altındadır.

“46 gündür Suriyanın Afrin bölgəsində davam edən “Zeytun budağı” əməliyyatında 2872 terrorçu zərərsizləşdirilib. Türkiyə ordusu 41 şəhid verib, Azad Suriya Ordusunun isə 159 döyüşçüsü həlak olub. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına və millətimizə başsağlığı verirəm”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Afrin   Ərdoğan  





Xəbər lenti