Martın 16-da Suriyanın taleyi həll ediləcək

Martın 16-da Suriyanın taleyi həll ediləcək
  06 Mart 2018    Oxunub:1539
Rusiya, Türkiyə və İran XİN rəhbərləri martın 16-da Qazaxıstanın paytaxtı Astanada görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Qazaxıstan XİN-in rəsmi saytında yerləşdirilib. Məlumatda qeyd olunub ki, görüş iştirakçıları bir il ərzində Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə qarşılıqlı görülən işlərin nəticələrini analiz etmək mümkün olacaq.

XİN-in yaydığı məlumatda bildirilib ki, nazirlərin Astana görüşünə müşahidəçilərin və Suriyada olan tərəflərin qatılması gözlənilmir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Suriya   Türkiyə   XİN  



Xəbər lenti