Poroşenkonun korteji təqaüdçü kişini vurub

Poroşenkonun korteji təqaüdçü kişini vurub
  06 Mart 2018    Oxunub:1645
Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenkonun kortejinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az “Vesti Ukrayna”ya istinadən xəbər verir ki, prezidentin korteji işıqforun qırmızı işığında yolu keçən təqadçünü vurub.
Hadisəni törədən sürücü hadisə yerində dayanıb. Kortejin digər avtomobilləri yola davam edib. Yaşlı kişiyə ciddi xəsarət dəyib və o, xəstəxanaya yerləşdirilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Poroşenko   Ukrayna  





Xəbər lenti