Obama büdcəyə görə səfəri təxirə saldı
ABŞ prezidenti oktyabrın 11-də Kuala-Lumpurda baş tutacaq biznes-konfransda iştirak etməli idi. Səfər təxirə salındığı üçün ABŞ-ın dövlət katibi Con Kerri konfransda prezidenti əvəz edəcək.
Malayziya Obamanın Asiya səfərində dörd ölkədən biri olmalı idi. Belə ki, ABŞ prezidenti İndoneziya, Bruney və Filippinə səfər etməyi planlaşdırırdı, lakin bu səfərlərin ləğvi haqqında hələ heç bir açıqlama verilməyib.
AzVision.az
Teqlər: