Putin robotlardan danışdı: “Buna hazırlaşmalıyıq”

Putin robotlardan danışdı: “Buna hazırlaşmalıyıq”
  06 Mart 2018    Oxunub:3513
Rusiya prezidenti Vladimir Putin robotların zamanla bir sıra peşələri sıradan çıxaracağını istisna etməyib. Onun fikrincə, buna əvvəlcədən hazırlaşmaq lazımdır.
AzVision.az xəbər verir ki, bunu Putin Ümumrusiya İşçi Gənclər Forumunda çıxışı zamanı deyib.

“Bu cür təhlükə yoxdur. Kimin nə deməsindən asılı olmayaraq, ümumilikdə bəşəriyyətin bütün tarixi dövrlərində, yeni texnoloji inqilablar zamanı belə olub”, - deyə Putin qeyd edib.

Rusiya prezidenti vurğulayıb ki, bu vəziyyətə əvvəlcədən hazırlaşmaq lazımdır: “Lakin biz bu gün XXI əsrdə yaşayırıq. Ona görə də biz nəyin baş verəcəyini anlayırıq. Məhz buna görə biz neqativ heç bir şeyin baş verməməsi üçün bu vəziyyətdə nə edəcəyimizə hazırlaşmalıyıq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Putin   Rusiya   robotlar  





Xəbər lenti