Rus general: “Azərbaycana silah satacağıq, Ermənistanı isə...”

Rus general: “Azərbaycana silah satacağıq, Ermənistanı isə...”
  06 Mart 2018    Oxunub:16316
"Əgər Azərbaycan Rusiyadan silah almasa, onda bunu digər ölkədən alacaq"

AzVision.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş qüvvələrin qərargah rəhbəri, general-polkovnik Anatoliy Sidorov deyib.
General Azərbaycanın Rusiyadan silah alması ilə bağlı müqayisə aparıb:

“Siz mağazaya gedirsiniz, cibinizdə pullar var və nəisə almaq istəyirsiniz. Lakin sizin bu şöbədə və ya mağazada xoşunuza gəlməsə, onu qonşu mağazadan alacaqsınız”.

Sidorov bəyan edib ki, Rusiya rəhbərliyi bu cür qərarları düşünülmüş və hesablanmış şəkildə verir. O, eyni zamanda erməniləri Kremlin bu addımlarını belə ağrılı şəkildə qəbul etməməyə çağırıb: “Təbii ki, bu incə məsələdir. Mən anlayıram ki, Ermənistanda buna ağrılı reaksiya verirlər. Lakin bir şeyi anlamaq lazımdır ki, bu məsələdə qoyulan hədəflər onsuz da reallaşdırılacaq”.

Sidorov vurğulayıb ki, Rusiya tərəfi Ermənistanı da unutmur və silahlanma məsələsində ona aktiv şəkildə dəstək verir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan  





Xəbər lenti