Suriyada Rusiya təyyarəsi qəzaya uğradı - 32 ölü

Suriyada Rusiya təyyarəsi qəzaya uğradı - 32 ölü
  06 Mart 2018    Oxunub:1399
Suriyada Rusiyaya məxsus “Аn-26” təyyarəsi qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. İlkin məlumata görə, təyyarənin göyərtəsində 26 sərnişin və 6 ekipaj üzvü olub. Qəza nəticəsində onların hamısı həlak olub.

Hadisə saat 15:00 radələrində təyyarə Hmeymim aerodromunda yerə enərkən baş verib. Təyyarə uçuş-eniş zolağına 500 metr qalarkən qəzaya uğrayıb.

Qəzaya texniki nasazlığın səbəb ola biləcəyi ehtimal edilir. Rusiya Müdafiə Nazirliyinin müvafiq komissiyası qəzanın səbəbi ilə bağlı bütün mümkün versiyaları araşdırır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Suriya   təyyarə   Qəza  





Xəbər lenti