Qəbələdə məktəb yanıb

Qəbələdə məktəb yanıb
  06 Mart 2018    Oxunub:971
Qəbələ rayonunda orta məktəbdə yanğın olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Laza kəndində ümumi sahəsi 1300 m2 olan kənd orta məktəbinin yanar konstruksiyaları 650 m2 sahədə yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:27-də yanğın bölmələri tərəfindən söndürülüb.​ Hadisə zamanı xəsarət alan olmayıb.

AzVision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti