Rusiya generalı və 27 zabit təyyarə qəzasında ölüb

Rusiya generalı və 27 zabit təyyarə qəzasında ölüb
  07 Mart 2018    Oxunub:2910
Suriyada Rusiya Müdafiə Nazirliyinə məxsus “AN-26” təyyarəsinin qəzaya uğraması nəticəsində 39 nəfərin öldüyü təsdiqlənib.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, qəza nəticəsində 33 sərnişin, 6 heyət üzvü həlak olub. Məlumata görə, təyyarə qəzasında həlak olanlardan biri general-mayor, 27-si isə zabitdir.

Qeyd edək ki, ötən gün Rusiyaya məxsus “An-26” təyyarəsi Suriyanın Hmeymim aeroportu yaxınlığında qəzaya uğrayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Suriya   Xmeymim  





Xəbər lenti