Dünyanın ən təhlükəli şəhərləri – SİYAHI

Dünyanın ən təhlükəli şəhərləri – SİYAHI
  07 Mart 2018    Oxunub:2970
Meksikanın "Citizens Council for Public Security and Criminal Justice" təşkilatı 2017-ci il üzrə dünyanın ən təhlükəli şəhərlərinin siyahısını açıqlayıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, birinci yerdə Meksikanın Los-kabos şəhəri qərarlaşıb. Belə ki, bu şəhərdə hər 100 min nəfərə təxminən 111 qətl hadisəsi düşür.
İkinci pillədə Venesuelanın paytaxtı Karakas, üçüncü yerdə isə Meksikanın Akapulko şəhəri yer alıb. Ümumilikdə, reytinqdə 50 şəhər qeyd olunub. Onların böyük əksəriyyəti Latın Amerikasında yerləşir. Siyahıda Braziliyanın 17, Meksikanın isə 12 şəhəri göstərilib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Meksika   ABŞ  





Xəbər lenti