Azərbaycanlı məktəbli 2 erməni idmançını məğlub edib

Azərbaycanlı məktəbli 2 erməni idmançını məğlub edib
  07 Mart 2018    Oxunub:2436
Paytaxt məktəblisi Gürcüstanda idmanın kikboksinq növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 232 nömrəli tam orta məktəbin V sinif şagirdi Fəhmin İdrisov 33 kiloqram çəki dərəcəsilə bütün rəqibləri üzərində qələbə qazanıb.
BŞTİ-dən AzVision.az-a verilən məlumata görə, F.İdrisov medal və diplomla təltif olunub. Yarışda məktəblimizin məğlub etdiyi rəqibləri arasında 2 erməni idmançı da olub.

Qeyd edək ki, 7 ildir ki, kikboksinq idman növü ilə məşğul olan istedadlı məktəbli bir sıra ölkədaxili və beynəlxalq turnirlərə qatılıb. Türkiyə və Gürcüstanda təşkil olunan beynəlxalq turnirlərdə dəfələrlə qızıl medala layiq görülüb. Ümumilikdə, 28 yarışda iştirak edən F.İdrisov 22 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: BŞTİ   məktəbli  





Xəbər lenti