Meksika səfiri Göyçaya səfər edib
Görüşün əvvəlində İH-in başçısı səfiri salamladıqdan məmnunluğunu bildirdi və Göyçay rayonu haqqında əsas məlumatları təqdim etdi. Bu xüsusda, O, rayonun kənd təsərrüfatı potensialı və iqlim xüsusiyyətlərindən danışdı.
Səfir Labardini, öz növbəsində, Meksika barədə əsas məlumatı təqdim etdi və bu Diplomatik Nümayəndəliyin fəaliyyətindən söz açdı. Qeyd etdi ki, Səfirlik regionlarası əlaqələrin gücləndirilməsini vacib və zəruri bir hal hesab edir. Məhz bunun üçün diplomatik missiyanın tədbirləri yalnız paytaxtda deyil, ölkənin digər rayon və şəhərlərində həyata keçirilir.
Diplomat ölkənin ən çox inkişaf olunmuş sektorlardan biri olan Meksikanın kənd təsərrüfatından danışdı. Bundan əlavə, vurğuladı kı, bu sahədə olan irəliləyişlər Meksikanın ixracat səviyyəsində müsbət şəkildə əks olunurlar. Belə ki, bügün ABŞ bazarındakı hər iki pomidordan biri və dünyada hər üç avokadodan biri Meksika mənşəlidir.
Tərəflər ikitərəfli əməkdaşlığın yeni sahələrini kəşf edə bilmək üçün qarşılıqlı səfərlərin vacibliyini vurğuladılar. Bundan əlavə, Göyçay və Meksika Respublikasının bir şəhəri arasında mümkün qardaşlaşma haqqında söhbət açdılar. Görüşdən sonra səfir süd və nar şirəsi istehsalı zavodlarını ziyarət etdi.
Eldar Tanrıverdiyev
AzVision.az