Rusiya hansı ölkəyə güvənir? - Putindən diplomatik cavab

Rusiya hansı ölkəyə güvənir? - Putindən diplomatik cavab
  07 Mart 2018    Oxunub:4095
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya, İran və Türkiyənin Suriya üzrə razılaşmaları işləyir və region ölkələrinin münasibətlərinə baxmayaraq, onlar danışıqlar masasına oturublar. <

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya lideri Vladimir Solovevin “Dünya nizamı 2018” filmində jurnalistin “hər hansı bir ölkəyə güvənmək olarmı” sualını cavablandırarkən deyib.
“Güvənmək nədir? Hər ölkənin özünün maraqları var. Rusiyanın, yaxın şərq ölkələrinin, İranın, Səudiyyə Ərəbistanının, Misirin, Türkiyənin, İsrailin, İordaniyanın öz maraqları var. ABŞ, Çin, Hindistan kimi qlobal oyunçuların da maraqları mövcuddur. Rusiyanın da öz maraqları var. Birinci, onların maraqlarına hörmət etməklə, onların bizim maraqlarımıza hörmət etmələrinə nail olmaqdır. Bu, çətin prosesdir. Region ölkələri arasında münasibətlərin nə qədər çətin olmasına baxmayaraq, biz Türkiyə və İranla danışıqlar masasına oturduq və bu, Suriyada müəyyən razılaşmalar üzrə qaranta çevrilib. Hazırda bu razılaşmalar işləyir” , - deyə Putin qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Putin  





Xəbər lenti