Litviyalı nazir Azərbaycana gəlir

Litviyalı nazir Azərbaycana gəlir
  02 Oktyabr 2013    Oxunub:1044
Oktyabrın 4-6-da Litva baş nazirinin müavini, təhsil naziri Rimantas Vaytkus Azərbaycanda səfərdə olacaq.

Litvanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfərdə məqsəd Bakıda keçiriləcək VII “Təhsil və karyera” beynəlxalq sərgisində iştirak etməkdir.

Sərgidə Litvanın Təhsil Mübadilələrinə Dəstək Fondunun və 22 ali məktəbinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, cari təhsil ilində Azərbaycandan 150 tələbə Litvanın ali məktəblərində təhsil alır. Ötən il bu rəqəm 102, 2011-2012-ci təhsil ilində isə 53 olub.

AzVision.az


Teqlər:





Xəbər lenti