Rusiyada helikopter qəzası: 6 ölü (Yenilənib)

Rusiyada helikopter qəzası: 6 ölü (Yenilənib)
  07 Mart 2018    Oxunub:2688
Çeçenistanda əlverişsiz hava şəraiti ilə əlaqədar qəzaya uğrayan “Mi-8” helikopteri dağlarda dar dərəyə düşüb. AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, helikopterin qanadları yerə toxunub və o aşaraq dərəyə yuvarlanıb.
Qeyri-rəsmi məlumatlara görə, vertolyot sərhədçilərə məxsus olub. Çeçenistan Səhiyyə Nazirliyinin məlumatına görə, helikopterin göyərtəsində yeddi nəfər olub. Onlardan altısı ölüb, bir yaralı isə ağır bədən xəsarətləri ilə hadisə yerindən evakuasiya edilib.

**

Rusiyaya məxsus “Mi-8” helikopteri Çeçenistanda qəzaya uğrayıb.

AzVision.az xəbər verr ki, bu barədə “TASS” agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində 2 nəfər ölüb, bir nəfər yaralanıb. 4 nəfərin isə taleyi məlum deyil. Helikopterin Rusiya Sərhəd Xidmətinə məxsus olduğu bildirilir.

Qəza Çeçenistanın İtum-Kalinski rayonunda, Gürcüstanla sərhəddən 8 kilometr aralıda baş verib. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   helikopter   qəza  





Xəbər lenti