BƏƏ səfirindən Azərbaycanla bağlı məqalə

BƏƏ səfirindən Azərbaycanla bağlı məqalə
  07 Mart 2018    Oxunub:1512
Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ildə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk İslam ölkələrindən biridir. Bu, Azərbaycan üçün mühüm bir dəstək idi. Bu gün isə müxtəlif sahələrdə ikitərəfli əlaqələri inkişaf etdirmək üçün hər iki dövlət tərəfindən qarşılıqlı bir rəğbət var.
Tarix bir çox şəxsiyyətlər yetişdirilib, lakin onların hamısı tarix yarada bilməyib. Şeyx Zayed və Heydər Əliyev bəşər tarixində yerli və beynəlxalq səviyyədə iz qoymuş liderlərdəndirlər.

AzVision.az xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi Ümummilli lider Heydər Əliyev və Şeyx Zayed bin Sultan Al Nahyan tərəfindən əsası qoyulmuş Birləşmiş Ərəb Əmirlikləri - Azərbaycan ikitərəfli əlaqələri adlı məqaləsində bildirib.

Heydər Əliyev və Şeyx Zayed bin Sultan Al Nahyan arasında 1994-cü ildə Kasablanka şəhərində İslam Sammiti çərçivəsində keçirilən tarixi görüşdən sonra ikitərəfli münasibətlər bütün sahələrdə sürətlə inkişaf etməyə başlayıb.

BƏƏ və Azərbaycan xalqı həm regionda, həm də hər iki ölkədə xidmətlərinə görə bu iki liderə öz sevgisini və minnətdarlığını ifadə edirlər.

Şeyx Zayedin BƏƏ-nin çiçəklənməsindəki rolunu nəzərə alaraq, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nahyan 2018-ci ilin BƏƏ-də "Zəyed ili" şüarını daşıyacağını açıqlayıb.

Şeyx Zayed bin Sultan Al Nəhyan 1918-ci ildə Abu-Dabidə Al Hüsn sarayında anadan olmuşdur. Atası Şeyx Sultan Bin Zayed 1922-1926-cı illərdə Əbu-Dabi hökmdarı idi.

O, 1971-ci il dekabrın 2-də BƏƏ Federasiyasının ilk prezidenti seçilmişdir. Ali Şura tərəfindən bir neçə dəfə prezident seçilmiş, Şeyx Raşid bin Səid əl-Maktum isə onun müavini elan edilib.

Şeyx Zayed gənc dövlətin bütün sahələrində işləri yaxından izləyir, xüsusilə də inkişafa ehtiyacı olan sektorlar arasında neft sərvətlərini bölüşdürür. O, iqtisadiyyat və təhsil, milli irs və mədəniyyətə qayğı göstərir, dünyagörüşü və uzaqgörənliyi sayəsində BƏƏ-nin dünya ölkələrindəki nüfuzunu nəinki qoruyur, hətta təhlükəsizlik və sabitlik sayəsində onu daha da artırırdı.

Şeyx Zayed dərk edirdi ki, insanların maarifləndirilməsi böyük bir dəyərdir, sərvətdir, eləcə də elmə əsaslanmış bir gələcək lazımdır. Şeyx Zayed, həmçinin, qadın və onun cəmiyyətdəki roluna böyük əhəmiyyət verirdi: "Qadınlar təkcə say baxımından deyil, yeni nəsillər yetişdirmək, onları düzgün, kamil tərbiyələndirmək məsuliyyəti daşımaq baxımından da cəmiyyətin yarısıdırlar". Qadınların rolu heç də kişilərin rolundan az deyil, bugünkü tələbə qızlar gələcəyin analarıdır".

Şeyx Zayed dünya xalqları arasında tolerantlığın və sülhün hakim olması niyyətində idi. Belə ki, o, fanatizmin qəti əleyhdarlarından idi. Müsahibələrinin birində deyir: "Terror İslamın və bəşəriyyətin düşmənidir, əsl müsəlman bütün bəşərin dostu, müsəlman və qeyri-müsəlmanın qardaşıdır. Çünki İslam rəhmət və dözümlülük dinidir". Bu baxımdan Şeyx Zayed deyir: "İnsanlar arasındakı əlaqə (əməkdaşlıq) Allah Təalanın dəvət etdiyi şəfqətə gətirib çıxarır. Bir insan digər insana qarşı mərhəmətli olmalıdır". Şeyx Zayed 30-a yaxın əsərin müəllifidir, onlardan: Quran kəlimələri: təfsir və bəyan, Quranın məali və onun qüdsi bəyanı, Quranın tilavəti və onu dinləmə mədəniyyəti. Şeyx Zayed haqqı çəkinmədən söyləməkdə, fətvalarda heç bir mübaliğəyə yol verməməkdə qüvvətli bir insan kimi tanınırdı.

Şeyx Zayed bir çox sahələrdəki xidmətləri sayəsində çoxsaylı mükafatlara layiq görülüb, onlardan bir neçəsini misal gətirə bilərik:

• 1985-ci il, Cenevrə, Qızıl Sənəd:

•1995-ci il, Ciddə. Şəxsi inkişaf mükafatı. Yaxın Şərq Tədqiqat və Media Araşdırmaları Mərkəzi.

• 1998-ci il, Paris. Dünyanın ən görkəmli şəxsiyyəti

• 1999-cu il Zayed İslam Şəxsiyyəti: Beynəlxalq Quran-ı Kərim Komitəsi.

• 1996-cı il Körfəz Biznes mükafatı

• 2001-ci il - FAO Dünya Qida Günü Medalı

BƏƏ xalqı bu gün də Şeyx Zayedin öz xalqı və onun rifahı üçün əməyini, səylərini unutmur, onun xatirəsini əziz tutur və onun adına bir sıra mükafatlar təsis edir, olduqca əhəmiyyətli müəssisələrə məhz Şeyx Zayedin adı verilir:

Zayed Beynəlxalq Ətraf Mühit Fondu - Zayed Beynəlxalq Ətraf Mühit Mükafatı, Zayed Xeyriyyə İşləri Fondu, Zayed Universiteti, Abu Dabidə ən məşhur yerlərdən biri olan Şeyx Zayed məscidi: Məkkədəki Məscid əl-Haram və Məscidül Nəbidən sonra dünyanın üçüncü ən böyük məscidi.

Bu gün Birləşmiş Ərəb Əmirliklərindəki təhlükəsizlik, sabitlik, əmin-amanlıq və yüksək səviyyəli həyat keyfiyyəti Şeyx Zayed bin Sultanın əsasını qoyduğu və övladları tərəfindən davam etdirilən siyasətin nəticəsidir.
Ölkəsinə, işinə sədaqəti, vətəninin tərəqqisi və rifahı üçün atdığı addımlar bu dahi şəxsiyyətin vətəninə qazandırdığı uğurlara dəlalət edir. Bu gün isə Şeyx Xəlifə bin Zayed Şeyx Zayed bin Sultanın ən böyük oğlu, atasının xələfi kimi onun qoyduğu inkişaf və tərəqqi yolunu davam etdirir.

Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında ikitərəfli əlaqələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nahyanın dövründə daha da genişlənib və indi də müxtəlif sahələrdə ildən-ilə inkişaf edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: BƏƏ   Azərbaycan  





Xəbər lenti