UNICEF və Azərbaycan uşaqlara dair öhdəlik götürüb

UNICEF və Azərbaycan uşaqlara dair öhdəlik götürüb
  07 Mart 2018    Oxunub:2269
UNICEF-in yeni bir qlobal hesabatında açıqlanıb ki, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM-lər) nail olunması istiqamətində irəliləyişin ilkin qiymətləndirilməsi 64 ölkədə məlumatların həyəcan təbili çalına biləcək səviyyədə çatışmazlığını, həmçinin bu məlumatların izlənməsinin mümkün olduğu 37 digər ölkə üzrə DİM-lərə nail olunması istiqamətində kifayət qədər irəliləyişin olmadığını göstərib.
UNICEF-in “DİM əsrində uşaqlar naminə inkişaf” adlı hesabatı uşaqların hüquqlarına və rifahına təsir göstərən qlobal inkişaf məqsədlərinə nail olunması istiqamətində fəaliyyəti qiymətləndirən ilk tematik hesabatdır. Hesabat uşaq hüquqlarının beş ölçüsü üzrə irəliləyişi izləyir: qənaətbəxş sağlamlıq; təhsil; zorakılıq və istismardan müdafiə; təhlükəsiz və təmiz ətraf mühit; həyatda müvəffəqiyyət əldə etmək üçün bərabər imkan.

Kifayət qədər məlumat mövcud olduğu halda, DİM hədəflərinin müəyyənləşdirdiyi çətinliklərin səviyyəsi narahatedici həddə qalır. Hesabat xəbərdarlıq edir ki, 650 milyon uşaq DİM-lərin ən azı üçdə ikisinin sürətləndirilmiş inkişafından uzaqda qalmış ölkələrdə yaşayır. Əslində, həmin ölkələrdə 2030-cu ilədək indiki ilə müqayisədə hətta daha çox uşaq daha pis həyat göstəriciləri ilə üzləşə bilər.

“Azərbaycan Dayanıqlı İnkişaf Proqramının məqsədlərinə nail olmaqla bağlı ciddi öhdəliklər götürmüşdür və bu öhdəliyin yerinə yetirilməsi uşaqların vəziyyətinə dair məlumatların sağlam şəkildə toplanması, təhlili və istifadəsinə davamlı investisiya qoyulmasını tələb edəcək” - UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin deyir.

“UNICEF-in yeni qlobal hesabatında bu irəliləyişin monitorinqində məlumat çatışmazlığının səbəb olduğu çətinliklər işıqlandırılmışdır. Bunlar Azərbaycanda qarşısını almaq istədiyimiz çətinliklərdir” – cənab Karvardin deyir.

“UNICEF uşaq və qadınların rifahı ilə bağlı 30-dan artıq göstəriciyə dair məlumat təmin edəcək Çox göstəricili Klaster Sorğusu da daxil olmaqla, məlumatların toplanması və təhlili sahəsində hökumətin səylərini dəstəkləməyə və ölkədəki hər bir uşaq naminə gücləndirilən siyasət və proqramlara töhfə verməyə davam edəcək”.

“DİM əsrində uşaqlar naminə inkişaf” adlı hesabatda qlobal məlumat çatışmazlığının aradan qaldırılması məqsədilə səylərin yenilənməsinə çağırış edilir, həmçinin etiraf edilir ki, güclü milli məlumat qurumlarının və potensialının inkişaf etdirilməsi vaxt və investisiya tələb edir. Hesabatda bu işə dəstək üçün üç prinsip müəyyənləşdirilib:

• Səhiyyə və ya təhsil, sosial xidmətlər və ya sərhəd nəzarəti sahəsində olmasından asılı olmayaraq, xidmətlərin həyata keçirilməsi üçün güclü ölçü formalaşdırılması;
• Öz resurs və imkanlarından asılı olmayaraq, bütün ölkələrin uşaqlara dair minimum məlumat bazasına malik olmasını təmin etmək üçün sistemli və koordinasiya olunan fəaliyyətlər;
• Uşaqlarla bağlı məlumatlara dair daha güclü ümumi normalar, o cümlədən uşaqların üzləşdiyi ilkin təhlükələrin ölçülməsi üçün ümumi yanaşmalar yaradılması, itkin düşmüş uşaqların saxlanılması, uşaqların şəxsi həyatının toxunulmazlığı qorunmaqla, həssas vəziyyətdə olan uşaqların daha effektiv şəkildə müəyyənləşdirilməsini mümkünləşdirmək üçün məlumatlar paylaşılması.

UNICEF və Azərbaycan hökuməti bu prinsiplərə dair öhdəliklər götürmüşlər və uşaqlarla, xüsusilə, həssas vəziyyətdə və risk altında olan uşaqlarla bağlı qruplaşdırılmış məlumatların effektiv şəkildə toplanmasını və istifadəsini davam etməkdə olan əməkdaşlıqlarının əsas hissəsinə çevirəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: UNİCEF   Azərbaycan  





Xəbər lenti