Ərdoğan Ruhani ilə Suriyadakı vəziyyəti müzakirə edib

Ərdoğan Ruhani ilə Suriyadakı vəziyyəti müzakirə edib
  08 Mart 2018    Oxunub:1353
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, prezidentlər telefon danışığı zamanı Suriyadakı son hadisələri, Şərqi Quta ətrafında yaranan vəziyyəti müzakirə ediblər.

Tərəflər BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq atəşkəsin təmin edilməsi üçün qarant ölkələrin birgə səylərinin vacibliyini vurğulayıblar. Liderlər, həmçinin aprelin 4-də İstanbulda keçiriləcək Türkiyə-Rusiya-İran üçtərəfli sammiti ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: Türkiyə   İran   Ərdoğan   Ruhani  





Xəbər lenti