Afrində indiyədək 2960 terrorçu öldürülüb

Afrində indiyədək 2960 terrorçu öldürülüb
  08 Mart 2018    Oxunub:1240
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, "Zeytun budağı" əməliyyatında indiyədək 2960 terrorçu zərərsizləşdirilib.

Afrində uğurlu əməliyyatlar nəticəsində 122 kənd, 30 strateji mövqe PKK,PYD, YPG, İŞİD terrorçularından azad edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Suriya   PKK  





Xəbər lenti