Prezident təbrik etdi

Prezident təbrik etdi
  03 Oktyabr 2013    Oxunub:960
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının milli bayramı münasibətilə Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak Kın Heyə məktub ünvanlayıb.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

Hörmətli xanım Prezident, Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Son illərdə ikitərəfli əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. İnanıram ki, dostluq münasibətlərimizin daim möhkəmləndirilməsi, eləcə də bir sıra sahələrdə müvəffəqiyyətlə davam edən qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda addımlarımız bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm.

***

Eləcədə Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauka da təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Almaniya Federativ Respublikasının milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Almaniya münasibətləri hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi birləşdirən dostluq əlaqələri siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır.

İnanıram ki, ikitərəfli qaydada əməkdaşlığımızı, eləcə də Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində birgə işimizi bundan sonra da davam etdirəcəyik".

İlham Əliyev Yoaxim Qauka möhkəm cansağlığı, işlərində uğurlar, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Teqlər:  





Xəbər lenti