ABŞ-da müəllimlər silahla gəzəcəklər

  08 Mart 2018    Oxunub : 522
ABŞ-da müəllimlər silahla gəzəcəklər
ABŞ-ın Florida ştatının nümayəndələr palatası müəllimlərə və digər məktəb işçilərinə silah gəzdirmək icazəsi verən qanun layihəsini qəbul edib.
AzVision.az “RİA Novosti” istinadən xəbər verir ki, qanun layihəsinə görə silah alınması üçün minimal yaş həddi 18-dən 21-ə qaldırılıb.

Ştatın nümayəndələr palatasında sənədin lehinə 68, əleyhinə isə 50 səs verilib. Qanun layihəsinə bundan əvvəl ştat senatı da “hə” deyib və imzalanmaq üçün qubernator Rik Skotta göndəriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Florida   ABŞ   Məktəb