Deputatlar yola düşdü

Deputatlar yola düşdü
  03 Oktyabr 2013    Oxunub:1030
Milli Məclisin deputatları Avropa Parlamentində Azərbaycanla bağlı keçiriləcək seminarda iştirak edəcək.
AzVision.az xəbər verir ki, Milli Məclisin deputatları Fuad Muradov, Çingiz Əsədullayev və Asim Mollazadə oktyabrın 2-də Belçikanın paytaxtı Brüsselə səfərə gedib.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, deputatlar Avropa Parlamentində keçiriləcək “Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?” adlı seminarda iştirak edəcək, mövzu ilə bağlı fikirlərini bildirəcək.

Səfər oktyabrın 5-də başa çatacaq.


Teqlər:  





Xəbər lenti