NATO-dan Türkiyəyə ciddi xəbərdarlıq: “Rusiyadan “S-400” almayın!”

NATO-dan Türkiyəyə ciddi xəbərdarlıq: “Rusiyadan “S-400” almayın!”
  08 Mart 2018    Oxunub:4895
Türkiyə tərəfinin Rusiyadan "S-400" "Triumf" zenit-raket kompleksinin alması NATO-da ciddi narahatlıq yaradıb. AzVision.az “Breaking Defence”-a istinadən xəbər verir ki, bunu alyansın Hərbi komitəsinin rəhbəri Petr Pavl bildirib.
Hərbi-siyasi blokun nümayəndəsinin sözlərinə görə, “S-400”-lər NATO texnologiyalarına uyğun deyil. Ona görə Rusiya zenit-raket kompleksləri alyansın hava hücumundan müdafiə sistemlərinə inteqrasiya edilə bilməyəcək.

Pavelin fikrincə, əsas problem NATO-nun Türkiyədəki hərbi infrastrukturunun yer alacağı operativ məlumatdır. Pavel vurğulayır ki, bu məlumatlar daha sonra Rusiya sistemlərində saxlanılacaq.

Onun sözlərinə görə, “S-400”-ün istifadəyə verilməsi üçün müəyyən hazırlıq lazımdı. Bununla əlaqədar rusiyalı mütəxəssislər yerli mütəxəssislərə təlim keçmək üçün Türkiyəyə gedəcək. Pavel, həmçinin qeyd edib ki, Rusiyadan olan ekspertlər kritik kəşfiyyat məlumatları əldə edə biləcək. Bu da son nəticədə Rusiya rəhbərliyinə ötürülə bilər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: NATO   Türkiyə  





Xəbər lenti