"200 min insan Afrinə qayıdacaq" - Ərdoğan

"200 min insan Afrinə qayıdacaq" - Ərdoğan
  08 Mart 2018    Oxunub:1274
Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı nəticəsində indiyədək 3089 terrorçu zərərsizləşdirilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, bildirib ki, Afrin bölgəsində 800 kvadratkilometr ərazi terrorçulardan təmizlənib.

"Türkiyə "Fərat qalxanı" əməliyyatı nəticəsində 2 min kvadratkilometr ərazini terrorçulardan azad edib. "Zeytun budağı" əməliyyatı nəticəsində də 2 min kvadratkilometr olan Afrin bölgəsi PYD/YPG terrorçularından təmizlənəcək. Nəticədə Afrinə ən azı 140-150 min, bəlkə də 200 min insan qayıdacaq"- Ərdoğan çıxışında qeyd edib.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Suriya   Ərdoğan  





Xəbər lenti