Gəncəlilər Milli Şuraya “yox” dedi

Gəncəlilər Milli Şuraya “yox” dedi
  03 Oktyabr 2013    Oxunub:926
`Milli Şura üzvləri Gəncəyə nə üzlə gəlirlər?`
Gəncənin şəhid ailələri və Qarabağ əlilləri Milli Şuranın Gəncədə mitinq keçirməsinə etiraz edirlər. Bu barədə AzVision.az-a Gəncə veteranları məlumat veriblər. Bildiriblər ki, onlar Milli Şura üzvlərinin Gəncəyə gəlməsini, burada mitinq keçirməsini pisləyiblər:

“Onlara ar olsun, onlar nə üzlə Gəncəyə gəlirlər? Gəncədə qardaş qırğını yaradan, Gəncəni ermənilərə satan insanların gəncəlilərdən səs istəməyə nə haqqı var? Bİz bunu pisləyirik və onların Gəncəyə gəlməsini istəmirik”-deyə, Gəncə veteranları adından verilən bəyanatda qeyd olunur.

Qeyd edək ki, Milli Şura oktyabrın 3-də saat 12:00-da Gəncə şəhərində mitinq keçirməyi planlaşdırır.

AzVision.az



Teqlər:  





Xəbər lenti