Obama həyat yoldaşı ilə birgə veriliş açır

Obama həyat yoldaşı ilə birgə veriliş açır
  09 Mart 2018    Oxunub:1892
ABŞ-ın sabiq prezidenti Barak Obama “Netflix” telekanalı ilə danışıqlar aparır.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, Obamanın bu telekanalda öz verilişini aparacağı gözlənilir.

“The New York Times” nəşri yazır ki, danışıqlar artıq yekun mərhələdədir və “Netflix” Barak Obama və onun xanımı Mişelə yalnız internet vasitəsilə yayımlanacaq eksklüziv kontentə görə kifayət qədər yüksək məbləğ ödəyəcək. Lakin müqaviləyə dair konkret məbləğ açıqlanmır.

Nəşrin məlumata görə, layihə çərçivəsində Barak Obama hazırkı prezident Donald Trampın onun ünvanına səsləndirdiyi fikirləri şərh etməyəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Obama  





Xəbər lenti