Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
  09 Mart 2018    Oxunub:1838
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vəliyev Şöhrət Vəlixan oğluna dostu Salyan rayon sakini Şirəliyev Asif Yadulla oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən sovqatda olan ədyalın içərisindən 0.463 qram narkotik vasitə - tiryək aşkar edilib.

AzVision.az


Teqlər: Təcridxana   Türmə   Narkotik  





Xəbər lenti