Afrinə 4 km qaldı – 3149 terrorçu məhv edildi

  09 Mart 2018    Oxunub : 868
Afrinə 4 km qaldı – 3149 terrorçu məhv edildi
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.

AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, "Zeytun budağı" əməliyyatında indiyədək 3149 terrorçu zərərsizləşdirilib.
Afrində 30 əsas strateji nöqtə mövqe, PKK,PYD, YPG, İŞİD terrorçularından azad edilib, 160 yaşayış məntəqə Türkiyə hərbçiləri və Azad Suriya Ordusu döyüşçülərinin nəzarəti altına keçib. Məlumatda hərbçilərin Afrinin mərkəzinə daxil olmasına 4 kilometr qaldığı vurğulanıb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Afrin   Türkiyə