Müstəqil Mətbuat Mərkəzi yarandı

Müstəqil Mətbuat Mərkəzi yarandı
  03 Oktyabr 2013    Oxunub:1036
Məzahir Pənahov: Müstəqil Mətbuat Mərkəzinin yaradılması təcrübəsi inkişaf etmiş ölkələrdə tətbiq olunur
Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinin geniş, operativ, obyektiv işıqlandırılması və seçkilərin şəffaflığının təmin edilməsi məqsədilə Müstəqil Mətbuat Mərkəzi yaradılıb. Mərkəz bu gün fəaliyyətə başladı.

Azvsison.az xəbər verir ki, mərkəzin açılışında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dedi ki, Müstəqil Mətbuat Mərkəzinin yaradılması təcrübəsi inkişaf etmiş ölkələrdə tətbiq olunur.
Müstəqil Mətbuat Mərkəzi yüksək tələblərə cavab verən avadanlıqla təmin edilib. Burada jurnalistlərin, beynəlxalq və yerli müşahidəçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Mərkəz mətbuat konfransları keçirmək, bəyanatlar vermək üçün açıqdır. Namizədlər öz təşviqat materiallarını burada yerləşdirə bilərlər.


Teqlər:





Xəbər lenti